Dağıstan Azərbaycanda Rusiya vətəndaşlarının yaşadığı kəndlərin köçürülməsinə pul ayıracaq11-01-2018, 10:23
Çap et Bu barədə Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyi bildirib. Məlumatda qeyd olunur ki, bu kəndlərin sakinlərinin Azərbaycandan Dağıstan ərazisinə köçürülməsi məsələsinin bu il tam həll olunması planlaşdırılır. 2017-ci ildə Uryan-Uba və Xrax-Uba kəndlərinin 380-ə yaxın sakini yaşayış sahəsinin alınması üçün birdəfəlik ödəniş müqabilində köçməyə razı olduqlarını bildirmişdi. Qeyd edək ki, 2010-cu ildə Rusiya və Azərbaycan dövlət sərhədi haqqında müqavilə imzalamışdılar. Bu müqavilədə ərazilərin mənsubiyyəti ilə bağlı bütün məsələlər tərəflər arasında razılaşdırılmışdı. 2013-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putin Azərbaycan ərazisində yaşayan Rusiya vətəndaşlarının köçürülməsi ilə bağlı tapşırıq vermişdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
