“Sarı qızdırma” bu şəhəri iflic etdi7-02-2018, 13:52
Çap et Xəstəliyin əlamətləri qızdırma, titrəmə, ürəkbulanma, kramp və koma halıdır. Tibb məntəqələrinin qarşısındakı növbələr və həkim çatışmazlığı insanlar arasındakı təşvişi artırır. Şəhərə gətirilən 500 vaksin isə müraciət edənlərə çatmır. Həkimlərin sözlərinə görə, bir çox hallarda müraciət edən xəstələrdə əlamətlərin yalnız ikisi olur və bu həmin virusa yoluxma demək deyil. Lakin ümumi narahatlıq davam etməkdədir. Xəstəliyin ilk əlamətləri Afrikanın Anqola ölkəsində qeydə alınıb. Orada ölənlərin sayı 150-ə çatmışdı. Ən təhlükəlisi isə odur ki, bu virus müxtəlif iqlim şəraitlərinə tez uyğunlaşır. Braziliyada bu virus ilk dəfə 2017-ci il oktyabrın 21-də San-Paulu parklarının birində Afrikadan gətirilmiş meymunun ölməsi ilə aşkarlanıb. Tezliklə parkda olanların bir neçəsində virusun əlamətləri görünməyə başlayıb və xəstəlik sürətlə yayılmışdı. Həkimlər iddia edirlər ki, xəstəlik yalnız ağcaqanadlar vasitəsilə yayılır. Lakin əhali bu iddialara inanmır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
