Demo Sayt » dunya » Rusiya ABŞ-ın 60 diplomatını ölkədən qovur - Moskvanın cavabı


Rusiya ABŞ-ın 60 diplomatını ölkədən qovur - Moskvanın cavabı

30-03-2018, 18:26
Çap et
Rusiya ABŞ-ın 60 diplomatını ölkədən qovur - Moskvanın cavabı Rusiya "Skripal işi"ndə Vaşinqtona cavab olaraq ABŞ-ın 60 diplomatını ölkədən çıxarmaq qərarı verib.
Bununla bağlı Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, ölkədən çıxarılacaq amerikalı diplomatların 58-i ABŞ səfirliyinin, 2 nəfər isə Baş Konsulluğun əməkdaşıdır. Rusiyanı tərk etmələri üçün diplomatlara aprelin 5-dək vaxt verilib.
Qey edək ki, ABŞ hökuməti "Skripal işi" ilə əlaqədar 60 rusiyalı diplomatın ölkədən çıxarılması, Sietldəki Rusiya baş konsulluğunun bağlanmasına dair qərar qəbul edib.
Reytinq: