ABŞ sanksiyalarına görə rusiyalı milyarderlər 12 milyard dollar itirib10-04-2018, 10:01
Çap et Bu barədə "Forbes” jurnalı yazıb. Məlumata əsasən Rusiyanın 50 zəngin iş adamının ümumi itkisi 12 milyard dollar təşkil edib. "Forbes”un 2017-ci il üzrə reytinqinə əsasən 200 zəngin insan içərisində 23-cü yeri tutan Oleq Deripaska ən çox itirən biznesmendir. Onun "RusAl", "En+ Group" şirkətləri sanksiyalardan ciddi zərər görüb və dəyərini xeyli itirib. Sanksiya siyahısında olmamasına baxmayaraq, "Forbes” reytnqində 8-ci yerdə qərarlaşan Vladimir Potanin də ciddi itki ilə üzləşib. Adı sanksiya siyahısında olan Viktor Vekselberq isə təxminən 1 milyard dollar itirib. Xatırladaq ki, aprelin 6-da rəsmi Vaşinqton 7 rusiyalı sahibkar, onların nəzarətində olan 14 şirkət və 17 məmura qarşı sanksiya tətbiqinə başlayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
