"Xəzər fəlakətin astanasındadır" - Ramazan Abdulatipov6-07-2018, 13:27
Çap et Bunu Rusiya Federasiyası prezidentinin Xəzər ölkələri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib. O bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkə ( Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran) arasında artıq 25 ildir müzakirələr gedir və nəhayət, bütün tərəflərin razılığa gələ biləcəyi məqam yetişib: “Tamamilə mümkündür ki, Astanada gözlənilən sammitdə Konvensiyanın imzalanması baş versin”. R. Abdulatipovun sözlərinə görə, bu sənəd olmadan aktiv iqtisadi əməkdaşlıqdan danışmaq çətindir. O hesab edir ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində gecikmənin davam etməsi ekoloji problemlərin ağırlaşmasına gətirib çıxaracaq: "Bir sıra istiqamətlər üzrə Xəzər fəlakətin astanasındadır, bir neçə il əvvəl imzalanmış Tehran Konvensiyası isə o qədər də effektiv işləmir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
