Demo Sayt » dunya » Yunanıstan yenidən güclü meşə yanğınları ilə üzləşib


Yunanıstan yenidən güclü meşə yanğınları ilə üzləşib

26-10-2018, 10:37
Çap et
Yunanıstan yenidən güclü meşə yanğınları ilə üzləşib Yunanıstanın şimal bölgəsi yenidən güclü meşə yanğınları ilə üz-üzədir. Ölkənin yanğınsöndürmə xidmətinin onlarla əməkdaşı, 30 maşını, dörd təyyarəsi yanğını söndürməyə çalışır. Güclü külək yanğının söndürülməsinə maneə yaradır.
KİV-lərin məlumatına əsasən, yanğın nəzarətdən çıxa bilər. Bölgədə yollar bağlanıb, bəzi rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb, mobil xidmətlər işləmir.
Qeyd edək ki, iyul ayında Yunanıstanın Attika rayonunda baş vermiş yanın nəticəsində 100 nəfər həlak olub. Həmin vaxt da yanğının yayılmasına güclü külək səbəb olmuşdu.
Reytinq: