Demo Sayt » dunya » Almaniyada 100 pasienti öldürən feldşer məhkəmə qarşısına çıxacaq


Almaniyada 100 pasienti öldürən feldşer məhkəmə qarşısına çıxacaq

30-10-2018, 15:22
Çap et
Almaniyada 100 pasienti öldürən feldşer məhkəmə qarşısına çıxacaq Sabiq feldşer Nils Högel Almaniyanın şimalında yerləşən Oldenburq şəhərində məhkəmə qarşısına çıxacaq.
41 yaşlı cinayətkar 100 pasienti öldürməkdə ittiham olunur. Təhqiqatın versiyasına görə, Högel insanlara ölümcül dərman dozası vurur, sonradan onları xilas etməklə həmkarları arasında nüfuzunu artırmaq istəyirdi. Ehtimallara görə o, 1999-2005-ci illər ərzində Oldenburqda 36, Delmenhorstda isə 64 nəfəri öldürüb.
Qeyd edək ki, Nils Högel bir qədər əvvəl ömürlük həbs cəzasına məhkum edilsə də, bəzi yeni faktlar üzə çıxdığı üçün proses yenidən təkrarlanıb. Təhqiqat həyatlarını itirən pasientlərin sayının bundan da çox olduğunu istisna etmir, lakin onların cəsədləri kremasiya edildiyindən artıq toksikoloji analiz aparmaq mümkün deyil.
Reytinq: