Qızıl qeyri-sənaye üsulu ilə çıxarılacaq - Özbəkistanda6-12-2018, 10:45
Çap et Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bununla bağlı fərman imzalayıb və qərar 2019-cu il martın 1-dən qüvvəyə minir. Sənəddə deyilir ki, bu məqsədlə sahəsi bir hektardan çox olmayan qızıl yataqları sahəsi ayrılacaq. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi bu işlə məşğul olmaq istəyən şəxslərə lisenziya verəcək, onlar bütün vergilərdən və məcburi ödənişlərdən azad ediləcəklər. Bu işlə məşğul olan sahibkarlar qızılı və başqa qiymətli metalları Almalık Dağ-Mədən Kombinatına və Nəvai Dağ-Metallurgiya Kombinatına müqavilə qiymətləri ilə sata biləcəklər. Sahibkarlar qiymətli metalları zinət əşyaları istehsalçılarına sata bilmək hüququna da malikdirlər. Özbəkistan Mərkəzi Bankının məlumatına görə, hazırda ölkə 13,9 milyard dollar dəyərində qızıl ehtiyatına malikdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
