Demo Sayt » dunya » İranda yeni neft-qaz yataqları aşkar olunub


İranda yeni neft-qaz yataqları aşkar olunub

19-12-2018, 10:41
Çap et
İranda yeni neft-qaz yataqları aşkar olunub İran ölkə ərazisində 40-a yaxın yeni neft-qaz yatağının aşkar olunduğunu və yaxın vaxtlarda onların mənimsənilməsinə başlanacağını bəyan edib.
Bunu İran Milli Neft Şirkətinin Yataqların Kəşfiyyatı Departamentinin rəhbəri Salef Hendi deyib.
"İlkin araşdırmalarımız göstərir ki, neft və qaz yataqları Şərqi Azərbaycan əyalətinin Bostanabad və Miyanə rayonlarında tapıla bilər. Tezliklə biz bu rayonlarda daha detallı şəkildə tədqiqatlara başlayacağıq", - deyə o, Tehranda jurnalistlərə bildirib.
Ərdəbil əyalətində həmçinin Moqan perspektivli rayonu aşkar olunub ki, orada karbohidrogenin sınaq hasilatı həyata keçirilir. İran mütəxəssisləri Oman körfəzində 800 metr dərinlikdə qaz yatağı da aşkar ediblər.
Reytinq: