Rubl can verir - Birjada həyəcan24-08-2015, 17:11
Çap et Bu gün səhər saatlarında Moskva birjasında əməliyyatların başlanandan Rusiya rublunun dəyəri azalmağa başlayıb.“APA-Economics” RBK-ya istinadən xəbər verir ki, bu gün Rusiya vaxtı ilə 10:04-də avronun məzənnəsi 81,04 rubla qədər yüksəlib. Bu, avqustun 21-də birjanın bağlandığı vaxt qeydə alınan göstəricidən 2,40 rubl çoxdur. Belə ki, ötən həftənin 5-ci günündə birjalarda Avropanın vahid valyutası 78,64 rubla satılıb. Bununla da, Avrozonanın vahid valyutasının məzənnəsi illik maksimumu yeniləyib. Bu gün birjada 1 ABŞ dollarının kursu 70,75 rubla çatıb. Bu, avqustun 21-də əməliyyatların bağlanması zamanı qeydə alınan göstəricidən 1,65 rubl artıqdır. Belə ki, həmin vaxt birjalarda ABŞ-ın milli valyutası 69,10 rubla təklif edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu gün səhər saatlarında Moskva birjasında əməliyyatların başlanandan Rusiya rublunun dəyəri azalmağa başlayıb.