Tereza Mey parlamentə "Brexit"i təxirə salmağı təklif edib27-02-2019, 10:31
Çap et Onlardan biri çıxış tarixinin dəyişdirilməsinə gətirib çıxara bilər: 1. Tereza Mey martın 12-də ölkənin Aİ-dən çıxış şərtləri ilə bağlı sazişin yeni variantını səsverməyə çıxaracaq. 2. Əgər parlamentarilər onu dəstəkləməsələr, Mey 13 Martda onlara Brüssel ilə saziş olmadan Aİ-dən çıxmağın lehinə və ya əleyhinə səsvermə imkanı təklif edəcək. Deputatlar bu variantı dəstəkləyəcəkləri təqdirdə, ölkə martın 29-da Aİ-ni tərk edəcək. 3. Əgər parlamentarilər sazişsiz çıxma ssenarisini dəstəkləməsələr, Mey martın 14-də çıxış tarixinin başqa vaxta təxirə salınması variantını səsverməyə çıxaracaq. Baş nazir qeyd edib ki, o özü tarixin dəyişdirilməsini istəmir: "Biz fikrimizi maksimum olaraq Brüssel ilə razılığa gəlməyə və martın 29-də Aİ-ni tərk etməyə cəmləşdirməliyik". Mey ardınca əlavə edib ki, əgər təxirəsalma ssenarisi seçilərsə, Aİ-dən çıxmaq iyunun sonundan gec olmamaq şərti ilə ertələnəcək və bir daha tarixdəyişmə olmayacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
