Ben Ladenin oğlunun başına 1 milyon pul qoyuldu1-03-2019, 19:46
Çap et ONA-nın xəbərinə görə, bu haqda informasiyanı Dövlət Departamentinin rəsmi internet səhifəsi yayıb. “2015-ci ilin avqustundan başlıyaraq o (Ben Laden), internetdə ABŞ və onun müttəfiqlərinə qarşı hücumlar təşkil etməyə çağırır”, - deyə, Dövlət Departamentinin bəyanatında bildirilir. Həmzə Ben Laden amerikalı hərbçilər tərəfindən qətlə yetirilən atasının qisasını alacağını dəfələrlə bildirib. O, 2015-ci ildə “Əl-Qaidəyə” qoşulduqdan sonra ABŞ-a qarşı müharibə élan edib. Vaşinqton belə çağırışların dövlət təhlükəsizliyinə zərbə yetirdiyini bildirir və kiçik Ben Ladenin başına pul mükafatı qoymağa qərar verib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
