Gülnarə Kərimova cəzaçəkmə müəssisəsinə yerləşdirildi7-03-2019, 17:59
Çap et Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ümumi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilib.RİA Novostinin verdiyi məlumata görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, şərti cəza almış Gülnarə Kərimovaya mənzili tərk etmək və rabitə vasitələri və internetdən istifadə qadağa edilsə də o, sistemli şəkildə məhkəmənin bununla bağlı qərarını pozub. Qeyd edək ki, 2015-ci ilin avqustunda Gülnarə Kərimov dələduzluq və vergidən yayınma maddələri ilə azadlıqdan məhrum edilib. 2018-ci ilin iyulunda cəzası yaşayış yerini dəyişməməklə şərti cəza ilə əvəzlənib. Ötən gün onun qızı İman “İnstaqram” hesabında anasının Baş Prokurorluğunun əməkdaşları tərəfindən aparıldığına dair video yerləşdirib. Qeyd edək ki, Gülnarə Kərimovanın adı həmçinin ABŞ-ın “Maqnitski qanunu” əsasında sanksiya tətbiq etdiyi şəxslərin siyahısına daxil edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ümumi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilib.