Qırıcı təyyarə mülki aeroporta məcburi eniş edib12-03-2019, 10:32
Çap et Hadisə nəticəsində pilotlar xəsarət almayıb. Qırıcı təyyarənin Yapon dənizi üzərində keçirilən təlimlərdə iştirak etdiyi bildirilir. Uçuş zamanı təyyarənin mühərrikində problem yaranıb. Məcburi eniş zamanı aeroportun uçuş-enmə zolağı müvəqqəti bağlanıb ki, bu da sərnişin təyyarələrinin uçuş cədvəlində problemlər yaradıb. Yaponiya hərbi-hava qüvvələrində ABŞ-ın "McDonnel Douglas” şirkəti tərəfindən istehsal edilmiş yetmişə yaxın "F-4” qırıcısının olduğu bildirilir. Bu təyyarələr də bir neçə dəfə modernləşdirilib. Hazırda həmin qırıcıların "Lockheed Martin” şirkətinin istehsalı olan "F-35 Lightning” yeni hərbi təyyarələri ilə dəyişdirilməsinə başlanılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
