Pakistanda zəngin neft yataqları aşkar edilib28-03-2019, 13:54
Çap et "Exxon Mobil” və ENI şirkətlərinin yanvar ayından bəri apardıqları kəşfiyyat işləri öz müsbət nəticələrini verib. Kəşf olunan zəngin xam neft ehtiyatları sayəsində tezliklə Pakistana xarici sərmayələrin cəlb olunacağı gözlənilir. Ölkəsi üçün bu əlamətdar hadisə ilə bağlı çıxış edən Baş nazir İmran Xan bildirib ki, kəşfiyyat aparılan ərazilərdə "çox böyük neft ehtiyatlarının olduğu ehtimal edilir” və artıq bir neçə iri şirkət neft hasilatı ilə bağlı layihələrdə iştirak etmək istəyir. Onun sözlərinə görə, Pakistanda kəşf olunan zəngin neft yataqları ölkə iqtisadiyyatının inkişafına töhfə olacaq. Artıq Çin enerji sahəsində Pakistanla əməkdaşlığı genişləndirmək istədiyini bəyan edib. Ekspertlər bildirirlər ki, zəngin neft yataqları Çin şirkətlərinin bu ölkəyə axınını təmin edəcək. Bundan başqa, Pakistan Səudiyyə Ərəbistanı ilə də energetika sahəsində yeni layihələr həyata keçirəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
