Qırğızıstan DİN-dən eks-prezidentin saxlanılması barədə rəsmi açıqlama: Məcburi qaydada saxlanılıb9-08-2019, 09:47
Çap et Açıqlamada Atambayevin “məcburi qaydada” saxlanıldığı bildirilib. Məlumata görə, sabiq prezidentin saxlanılması əməliyyatı itkisiz ötüşüb. “Milis əməkdaşları Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi ilə birgə keçirdikləri əməliyyat zamanı Atambayev məcburi qaydada saxlanılıb. O, sonrakı tədbirlərin icrası üçün aidiyyəti orqana təhvil veriləcək”, - açıqlamada belə deyilir. Qeyd edək ki, xüsusi əməliyyata Qırğızıstanın daxili işlər naziri Kaşkar Cunuşaliyev rəhbərlik edib. Atambayev DİN rəhbərliyi ilə aparılmış danışıqlardan sonra hüquq-mühafizə orqanlarına təslim olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
