Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar20-08-2019, 11:39
Çap et Yaxtanı qaçıranlardan biri Moskvada saxlanılıb. Məlumata görə, iyulun 13-də Rusiya vətəndaşları bir həftə müddətində yaxtanı icarəyə götürüblər. Çarter şirkəti isə yaxtanın limana qayıtmadığını bildirib. Sonradan isə yaxta iyulun 16-da Türkiyənin ərazi sularını tərk edib. Yaxtanı icarəyə verən şirkət "İnterpol"a müraciət etdikdən sonra yaxtanın 8 nəfər tərəfindən qaçırıldığı məlum olub. Bildirilib ki, Rusiyanın Dəniz Donanmasının istefada olan polkovniki Oleq Popilovun rəhbərlik etdiyi banda son 4 ildir Aralıq dənizində fəaliyyət göstərir. Ötən il onlar 49 yaxta, bu il isə 37 yaxta qaçırıblar. Onlardan yalnız 6-sı tapılıb. Ümumilikdə Türkiyədən 16 yaxta oğurlanıb. Moskvada bandanın bir üzvü Anatoliy Şutov həbs edilib. Digərləri isə beynəlxalq axtarışa verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
