Demo Sayt » dunya » Qazaxıstanda silah anbarı partladı: yaralılar var


Qazaxıstanda silah anbarı partladı: yaralılar var

14-09-2019, 16:18
Çap et
Qazaxıstanda silah anbarı partladı: yaralılar var Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib.
TASS xəbər verir ki, insident anbardakı silah-sursatları təmizləyən zaman meydana gəlib.
Hadisə zamanı dörd nəfər yaralanıb.
Yaralılar Almatıdakı hərbi klinik xəstəxanaya çatdırılıblar.
Hadisə ilə əlaqədar hərbi polis yoxlama aparır.
Reytinq: