Tramp Əfqanıstanla bağlı istədiyini etdi: 13 min amerikalı əsgər...16-12-2019, 06:08
Çap et Bu barədə CNN-ə adını açıqlamayan amerikalı rəsmi danışıb. Məlumata görə, ABŞ ilə Taliban arasında dialoqun bərpa olunmasından sonra bu qərar qəbul edilib. Qərara əsasən, Əfqanıstanda 4 min ABŞ əsgəri qalacaq. Xəbərdə ABŞ-ın 2011-ci ildən bəri Əfqanıstandakı müharibəyə 133 milyard dollar xərclədiyi vurğulanıb. Müharibədə 2 min 300 amerikalı əsgər həlak olub, 58 mindən çox əfqan əsgər, 38 min dinc sakin, 42 min militan öldürülüb. Qeyd edək ki, ABŞ-la Taliban arasındakı dialoqlar bu il sentyabrın 5-də NATO əsgərlərinə qarşı təşkil edilən hücumdan sonra dayandırılmışdı. Trampın sürpriz Əfqanıstan səfərindən sonra dialoq yenidən başlanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
