“Roskosmos”un baş direktoru: “Safronovun gizli məlumatlara çıxışı olmayıb”8-07-2020, 07:58
Çap et Bunu "Roskosmos"un baş direktoru Dmitri Roqozin TASS-a açıqlamasında bildirib. "Ay yarım bundan əvvəl o, "Roskosmos”un fəaliyyətini işıqlandırmaq üçün dəvət olunub. Onun gizli məlumatlara çıxışı olmayıb”, - deyə D. Roqozin vurğulayıb. Baş direktor onu da qeyd edib ki, illər ərzində İ. Safronovu mövzunu dərindən bilən jurnalist kimi tanıyıb: "Onun yüksək peşəkarlığına şübhə etməmişəm”. Xatırladaq ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) "Roskosmos” baş direktorunun müşaviri İ. Safronovun saxlanılması barədə məlumat yayıb. Məlumatda İ. Safronovun NATO-nun xüsusi xidmətinə işlədiyi, Rusiyanın hərbi-texniki əməkdaşlığı, müdafiə və təhlükəsizliyi ilə bağlı dövlət sirri daşıyan məlumatları qarşı tərəfə ötürdüyü bildirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
