Separatçı rejimin bəzi "vəzifə"li şəxsləri işdən qovuldu4-11-2020, 05:46
Çap et Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir. Belə ki, separatçıların rəhbərinin köməkçisi Rudik Martirosyan tutduğu "vəzifə"dən kənarlaşdırılıb. İşdən çıxarılanlar arasında habelə "baş prokuror”un müavinləri Erik Verdiyan və Sasun Qabrielyan, "Statistika Şurası”nın üzvü Armen Soqomonyan da var. Separatçıların qondarma "Mərkəzi Seçki Komissiyası”nın üzvü Yeqiş Soqomonyanın səlahiyyətinə vaxtından əvvəl xitam verilib. İşdən qovulanlar arasında həmçinin "əmək, sosial və mənzil məsələləri üzrə nazir”in birinci "müavin”i Arkadi Soqomonyan da var. "Şəhərsalma naziri”nin müavini David Avanesyan, "Təhsil və Elm Nazirliyi”nin aparat başçısı Erik Qriqoryan, Gəlirlər Komitəsi aparatının başçısı Qaqik Ayrapetyan və digərləri işdən qovulanlar arasındadır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
