Demo Sayt » dunya » Seçkidən sonra qeyri-müəyyən vəziyyət - ABŞ-da səslər hesablanır


Seçkidən sonra qeyri-müəyyən vəziyyət - ABŞ-da səslər hesablanır

5-11-2020, 06:39
Çap et
Seçkidən sonra qeyri-müəyyən vəziyyət - ABŞ-da səslər hesablanır ABŞ-da ümumi seçkilərdən bir gün sonra gərgin qeyri-müəyyənlik mühiti davam edir.
Bayden səs fərqində Trampı qabaqlayır, lakin qalib hələ də məlum deyil. Səslərin sayılması bir sıra əsas ştatlarda hələ də davam edir.
***
ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp bildirib ki, ölkənin prezident seçkilərinə və Birləşmiş Ştatların seçki sisteminin bütövlüyünə zərər vurulub.
Bu barədə Birləşmiş Ştatlar rəhbəri özünün sosial şəbəkədəki hesabında bildirib.
"Bizim vəkillərimiz "real giriş"i tələb etdilər, amma bunun nə faydası? Artıq bizim sistemimizin bütövlüyünə və prezident seçkilərinə zərər vurulub. Müzakirə edilməli bunlardır!" - Tramp tvitterdəki hesabında yazıb.
Qeyd edək ki, çərşənbə axşamı ABŞ-da prezident seçkiləri keçirilib. Bir sıra ştatlarda səsvermənin nəticələri hələlik naməlumdur. Tramp çərşənbə gününə keçən gecə qələbə qazandığını bildirib və demokratları "seçkiləri oğurlamaq" cəhdində ittiham edib.
Hazırkı prezidentin seçki qərargahı səslərin təkrar sayılmasını tələb etmək və məhkəməyə müraciət etmək niyyətindədir.
***
ABŞ prezidenti Donald Tramp iddia edib ki, dörd əsas ştatda keçirilən prezident seçkilərində qalib gəlib.
Bu barədə o, özünün tvitterdəki səhifəsində yazıb.
Respublikaçıların namizədi qeyd edib ki, Pensilvaniyada, Corciyada, Şimal Karolinada və ehtimal ki, Miçiqanda keçirilən səsvermələrin qalibi olub. "Bundan başqa, biz Miçiqan ştatında qələbə haqqında bildiririk, bu haqda geniş bildirildiyi kimi, əgər orada gizli atılmış bülletenlərin sayı çox idisə!" - Tramp tvitterdə yazıb.
İlkin məlumatlara görə, Miçiqanda Bayden olduğu kimi, Şimal Karolinada və Corciyada seçici sayına görə Tramp liderlik edir. Bununla yanaşı, respublikaçıların namizədinin Pensilvaniyada da lider olduğu bildirilir, ancaq Baydenlə səs fərqi azalır.
Hazırda səslərin hesablanması davam edir.
Reytinq: