Demo Sayt » dunya » BMT-də Fələstinin bayrağını qaldıracaqlar


BMT-də Fələstinin bayrağını qaldıracaqlar

11-09-2015, 13:19
Çap et
BMT-də Fələstinin bayrağını qaldıracaqlar Baş Assambleya qətnamə qəbul edib.
BMT-nin Baş Assambleyası Fələstinin təklif etdiyi qətnamə layihəsini qəbul edib, bu qətnaməyə müvafiq olaraq BMT-nin qərargahında və ofislərində, təşkilata üzv olmayan, təşkilat nəzdində müşahidəçi statusunda olan ölkələrin bayraqları qaldırıla bilər.
Qətnamənin lehinə 115 səs verilib (o cümlədən Rusiya), əleyhinə isə 8 səs verilib. Səsverənlərin 25 nəfəri isə bitərəf qalıb. Sənəddə bu dövlətlərin bayraqlarının təşkilatın üzv ölkələrinin bayraqlarından sonra qaldırılması məsələsi də razılaşdırılır.
Sözügedən statusa Fələstin və Vatikan malikdir.
Reytinq: