İranlı parlamentari: Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb8-10-2015, 21:17
Çap et Onun sözlərinə görə, Tehran "Buşəhr" AES-in tikintisi zamanı Rusiyanın İrana qarşı mövqeyinin şahidi oldu: "Rusiya bundan sonra da yalnız öz maraqlarından çıxış edərək fəaliyyət göstərəcək". Ə.A.Soltani qeyd edib ki, İrana neft satışına görə sanksiyalar tətbiq ediləndə Rusiya Tehranı dəstəkləmək üçün neft ixracını azalda bilərdi: "Lakin Moskva bunu etmədi və bununla da İran iqtisadiyyatına güclü zərbə vurdu". O, əlavə edib ki, İran sanksiyalar tam aradan qaldırıldıqdan sonra neft və qaz satışı və hasilatını artıracaq: "İran Rusiyanın maraqlarına zərər vursa da, öz iqtisadi və siyasi maraqlarına uyğun hərəkət edəcək. Bununla belə, Rusiya ilə olan ümumi maraqları unutmaq olmaz". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
