Ermənilərdən azərbaycanlılara Qarabağ dəvəti4-11-2015, 15:20
Çap et İrəvanda müşahidə edilən yeni siyasi cərəyan Moskvanı çətinliyə sala bilər.Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyans Rusiyada yaşayan azərbycanlıları dostluğa dəvət etməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Bu günlərdə “Pravda” qəzetinə müsahibə verən Ananyans Moskvada yaşayan azərbaycanlılarla dostluq şəraitində yaşamağa çalışdıqlarını bildirib: “Biz Moskvada mehriban qonşuluq əlaqələri saxlamağa çalışırıq. Mən azərbaycanlılara həmişə deyirəm: Dağlıq Qarabağ məsələsinə bizi qatmayın, nə haqq-hesabınız var, gedin orda çürüdün. Biz başqa dövlətdə yaşayırıq. Mən həmişə istəyirəm ki, evimizdə (Rusiyada - red.) sülh və mehribanlıq olsun”. German Ananyans - Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyans Rusiya vətəndaşı olan ermənilərin sayını da açıqlayıb: “Bu gün Rusiyada 1,7 milyon Rusiya vətəndaşı olan erməni yaşayır. Rusiyadakı Ermənistan çox böyükdür, ermənilərin böyük hissəsi Krasnodar diyarında yaşayır. Orada Rusiya vətəndaşı olan 600 min erməni var.” Bu açıqlama, əslində, son 5 ildə 500 mindən çox erməninin Rusiya vətəndaşlığı almasının, yəni Ermənistanı bir dəfəlik tərk etməsinin təsdiqidir. 2010-cu ildə keçirilmiş siyahıalmaya görə, Rusiyada 1 milyon 182 min 388 vətəndaşlığı olan erməni yaşayıb. Göründüyü kimi, ötən beş il ərzində 518 min yeni erməni Rusiya vətəndaşlığı alıb. Ermənistan miqrasiya xidməti Rusiyaya iş dalınca getmiş əmək miqrantlarının sayının 600 min ətrafında olduğunu bildirirlər. Bu, Rusiyada 2,5 milyon erməninin yaşaması ilə bağlı deyilənlərin doğru olduğunu göstərir. Avropadakı erməni diaspora təşkilatları Ermənistan əhalisinin sayının 1,2-1,4 milyon arasında dəyişdiyini bildirirlər. Beləliklə, Vladimir Putinin Rusiyada Ermənistandan 2 dəfə çox erməni yaşadığı barədə dedikləri doğru çıxır. Lakin Ermənistan siyasi dairələrin özündən çıxaran bu məsələ deyil. Ermənistanda qalmaqalları ilə məşhur olan “Üçüncü Qüvvə Plyus” qəzetinin təsisçisi Vaqram Aqacanyan Rusiya Erməniləri İttifaqının rəhbərlərinin özlərini ermənidən çox rus saymasına əsəbiləşib. Aqacanyan bu barədə yazdığı məqaləsində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın özünü çoxdan “erməni mənşəli rus” adlandırmasına əsəbiləşib. Aqacanyan German Ananyansın “Pravda”ya dediyi bu sözlərə də əsəbiləşib: “Bizdən ötrü ön planda Rusiyadır. Ordusunda xidmət edirik, Rusiya uğrunda döyüşəcəyik, vergilərimizi Rusiyaya veririk. Uşaqlarımızı burda tərbiyə edirik, bura bizim Vətənimizdir”. Karen Aqekyan - “Hamatext” jurnalının redaktoru Vaqram Aqajanyan ermənilərin Rusiya sevgisinin əleyhinə çıxış edən tək erməni deyil. Bu ölkədə dərc olunan “Hamatext” jurnalının redaktoru Karen Aqekyan bu günlərdə “Facebook” sosial şəbəkəsində Moskvadakı yeni Erməni Muzeyində çar İkinci Nikolayın heykəlinin qoyulmasının əleyhinə çıxıb. Üstəlik, çar İkinci Nikolayı, onun atası Üçüncü Aleksandrı, İkinci Nikolayın dövründə baş nazir olmuş Pyotr Stolıpini, həmçinin Qafqaz canişinləri Şeremetyevi və Qolitsıni Rusiya imperiyasında ermənilərən ən böyük beş düşməni adlandırıb. Karen Aqekyan tarix boyu Rusiya və sovet liderlirənən sağ əli olmuş erməniləri də vətənə xəyanətdə suçlayıb, indi Rusiya siyasətində fəal olan ermənilərin də eyni yolu getdiyini bildirib: “Onlar sovet hakimiyyətinin nostalcisi ilə yaşayırlar, SSRİ-nin bərpasına çağırırlar. Bir tərəfdən onlar öz şəxsi mənfəətləri barədə düşünürlər, digər tərəfdən milli azlıq təmsilçisi kimi “Roma papasından qatı katolik” olmaq istəyirlər”. O, ermənilərin digər sovet millətlərindən fərqləndiyini bildirir: “Erməni millətçiliyi antisovet deyildi, Moskvanın əleyhinə yönəlməmişdi. Ona sədaqət andı içmişdi, ümid edirdi ki, Naxçıvanı və Qarabağı, hətta Qərbi Ermənistanı (Şərqi Türkiyəni - red.) alıb bizə verəcək”. O, şikəst insana bənzətdiyi erməni vətənpərvərliyini bu əhval-ruhiyyədən xilas olmağa çağırıb: “Başımızı birdəfəlik kəsmək istəyənlərdən yaxamızı qurtarmaq və yaralarımızı sarmaq çox vacibdir”. Bu, Ermənistan siyasəti üçün tamamilə yeni cərəyandır. Yəni İrəvanda Ermənistanı müstəqil idarə etmək istəyən, bu səbəbdən qonşu ölkələrlə - Türkiyə, Azərbaycan və Gürcüstanla istər-istəməz müttəfiqlik siyasəti yürütməyə məcbur olan siyasətçilər də peyda olub. Fərhad Mehdiyev - Türkiyənin Zirve Universitetinin doktoru Onların İrəvanda hakimiyyətə gəlməsi Rusiyanın həm Azərbaycana, həm də Gürcüstana təzyiqini minimuma endirər. Bu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çəprçivəsində həllinə şərait yarada bilər. Türkiyənin Zirve Universitetinin hüquq fakültəsinin doktoru, azərbaycanlı politoloq Fərhad Mehdiyev də bunu Ermənistan siyasəti üçün önəmli irələlimə sayır. “Bu, hökümətin mövqeyini əks etdirməsə də, ictimai rəyin nə yerdə olduğunu göstərir. Bu əhval-ruhiyyəni Rusiyaya köçmüş ermənilərdə daha aydın müşahidə etmək olur. Bakıdan köçən ermənilər, ümumiyyətlə, qaçqın düşmələrində Qarabaq ermənilərini günahlandırırlar. Ermənistandan da iqtisadi çətinlik üzündən köçən ermənilər də separatçı recimdən çox da razı deyillər. Əslində, indi iqtidarda olan Qarabağ klanının təsiri olmasaydı, Ermənistan cəmiyyəti daha liberal olardı”,- deyə Fərhad Mehdiyev ANS PRESS-ə bildirib. Lakin politoloqun fikrincə, hələ ki, bu cür açıqlamaları həqiqətən Ermənistan üzrə ciddi sayıla biləcək narahatçılıq saymaq olmaz: “Müvafiq siyasi partiyalardan və ictimai hərəkatlardan, həm də ölkədə sözükeçən ziyalılarından bu cür bəyanatlar gəlməlidir”. Azərbaycanın işğal edilmiş rayonları Ermənistanda söz sahib olan siyasi partiyaların belə bəyanat verəcəyinə isə hələ ki, ümid yoxdur. İndiyə kimi Ermənistanda bir-birini əvəzləyən iqtidarlar, onların ana müxalifətləri daima Rusiya aşiqliyi məsələsində yarışıblar. Bu isə ölkənin Rusiya müstəmləkəçiliyindən xilas olmasına mane olub. Belə olan şəraitdə, Azərbaycanın Qarabağ münaqişəsini hərbi yolla həll etməkdən başqa variantı qalmır. Rəsmi Bakı bu gerçəyi nəzərə almalıdır və hərbi gücünü həm Ermənistanla, həm də onun havadarları ilə savaşa biləcək səviyyəyə qaldırmalıdır. Yəni azərbaycanlılar Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyans demişkən, Qarabağ girib haqq-hesab çürütməyə qadir olmalıdırlar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

İrəvanda müşahidə edilən yeni siyasi cərəyan Moskvanı çətinliyə sala bilər.