İşğal edilən rayonlar Azərbaycana qaytarılır10-11-2015, 12:50
Çap et Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da İrəvana səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra iddiaların yayılmasına da səbəb olub. Ermənistanın müxalifyönlü “Aykakan jamanak” qəzeti Lavrovun səfərinin əsas məqsədinin münaqişənin həlli üçün Rusiyanın təşəbbüsünün kulisarxası proseslə bağlı olduğunu yazır. Söhbət Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qayatarılmasından gedir. "Hakimiyyətə yaxın dairələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistanı bir neçə rayonu qaytarmağa razı salmağa çalışır. Bunun sayəsində isə o Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünə razılıq əldə etmək niyyətindədir". İddiaya görə, Rusiya xarici işlər nazirinin S.Lavrovun Ermənistana səfərinin məqsədi də məhz bu idi. Ermənistanın populyar analitika portalı "Lragir" də iddia edir ki, Lavrov Ermənistana Qarabağ münaqişəsinin həlli üçün gəlir və İrəvanın qarışısında Azərbaycanın xeyrinə tələblər qoyacaq. Erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra mətbuata açıqlama verən S.Lavrov Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb. Rusiya XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nizamlanmanın qarşılıqlı faydalı konsensus əsaslarının hazırlanması üzrə səylərini davam etdirməlidir. Lavrov həmçinin Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi müsbət nəticə əldə olunması istiqamətində fəal rol oynamağa davam edəcəyini vurğulayıb. Lavrov həmçinin bildirib ki, Ermənistan və Rusiya ciddi şəkildə bir-birinə arxalana bilər. Uzun illər hərbi jurnalistika sahəsində çalışmış ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Lavrovun təmsil etdiyi ölkə olan Rusiya Federasiyasının ATƏT-in Minsk qrupundakı roluna və səlahiyyətlərinə görə bir araya sığmayan fəaliyyətini, həmçinin söylənilən fikirlərin heç də bu ölkənin bu beynəlxalq qurumdakı mandatına uyğun olmadığını düşünür. "Biz Azərbaycan dövləti olaraq öz dərin narahatçılığımızı və narazılığımızı dilə gətirməliyik". Rusiya mətbuatı Lavrovun Ermənistan səfərinin əsas mövzusunun Ermənistanda rus aviasiya qrupunun gücləndirilməsi və yeni zenit komplekslərinin yerləşdirilməsi barədə olduğunu qeyd edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
