Demo Sayt » dunya » Norveç qadınları orduya çağırmağa başlayıb


Norveç qadınları orduya çağırmağa başlayıb

2-02-2016, 09:16
Çap et
Norveç qadınları orduya çağırmağa başlayıb Cari ilin yanvar ayında Norveç parlamenti silahlı qüvvələrə qızların çağırışını genişləndirmək haqqında qərar qəbul edib.
Beləliklə Skandinaviya ölkəsi Avropada və NATO-da hərbi xidməti hər iki cins üçün mütləq bilən ilk ölkə olub.
"Hüquq və vəzifələr hamı üçün eyni olmalıdır. Silahlı qüvvələrə cinsindən asılı olmayaraq ən yaxşı kadrlar lazımdır", - deyə deputat Layla Qustavsen bildirib.
Hazırda Norveç müvafiq yaş qrupunda olan 60 min nəfərdən ildə təqribən 10 min nəfəri orduya çağırır.
Reytinq: