Demo Sayt » dunya » PKK Türkiyənin bir neçə şəhərindən terror törədib


PKK Türkiyənin bir neçə şəhərindən terror törədib

16-02-2016, 13:15
Çap et
PKK Türkiyənin bir neçə şəhərindən terror törədib Dünən axşam PKK terror təşkilatı Türkiyənin bir neçə şəhərindən terakt törədib.
Terrorçular Abdullah Öcalanın Keniyada ələ keçirilərək Türkiyəyə gətirilməsinin 17-ci ildönümünə görə bir neçə şəhərdə yük maşınlarına hücum edib.
Dünən axşam Mersində “TIR” markalı yük maşınına molotov kokteyli hücumu təşkil edilib. Yük maşının sürücüsü xəsarətsiz xilas ola bilib.
Bundan başqa, dünən gücə Mardində “Sevgi yuvası” məktəbəqədər təhsil müəssisəsi və "Misakı-milli" orta məktəbinə də molotov kokteyli və əl qumbaraları ilə hücum edilib.
Məktəb istifadəsiz hala gəlib.
Aydın şəhərində isə yolu kəsən terrorçular polislərə daşla hücum ediblər.
Vanda da daha bir polis maşınına roketvuranla hücum təşkil edilib. Van polis şöbəsinə edilən terror hücumu zamanı isə bir polis yaralanıb.
Reytinq: