Demo Sayt » dunya » Kanadada buz yağışı: yüzlərlə aviareys ləğv olundu


Kanadada buz yağışı: yüzlərlə aviareys ləğv olundu

25-02-2016, 11:13
Çap et
Kanadada buz yağışı: yüzlərlə aviareys ləğv olundu Kanadanın Ontario və Kvebek əyalətlərində yağan buz yağışı yüzlərlə uçuşun ləğv edilməsinə səbəb olub.
Təkcə Toronto şəhərindəki “Pirson” hava limanında 150 aviareys ləğv olunub.
Monreal və Ottavadan isə ABŞ-ın Nyu-York, Çikaqo, Boston, Filadelfiya və Vaşinqton şəhərləri istiqamətində onlarla uçuş təxirə salınıb.
Kanada Meteoroloji Bürosunun proqnozlarına əsasən, ölkədə buz yağışı fevralın 25-də davam edəcək.
Reytinq: