Ərdoğan sürücü oldu, Davudoğlu sərnişin22-04-2016, 09:20
Çap et Açılışda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu iştirak ediblər. Körpünün son hissəsinin yerləşdirilməsindən sonra qaykaları birlikdə sıxan Ərdoğan və Davudoğlu yeni körpünün ilk istifadəçiləri olublar. Türkiyənin rəhbər şəxsləri yeni körpüdən ölkə prezidentinin xidməti avtomobili ilə keçiblər. Bu vaxt avtomobili prezident Rəcəb Tayyib Ərdoğan idarə edib, baş nazir Əhməd Davudoğlu isə onun yanında əyləşib. Bir az sonra ikili yerini dəyişib və avtomobili yeni körpüdə bir müddət də baş nazir Davudoğlu idarə edib. Osmanlı imperatorluğunun banisi Osman Qazinin adını daşıyan, İzmit körfəzindən keçərək İzmitlə Yalova sahillərini birləşdirən körpü may ayının sonunda istifadəyə veriləcək. Körpüdən avtomobillə keçməyin qiyməti 35 dollar + ƏDV olacaq. “Osman Qazi” körpüsü sayəsində İstanbuldan İzmirə və ya əks istiqamətdə hərəkət edən bir sürücü vaxta və yanacağa qənaət edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
