Pan Qi Mun: “BMT-yə ilk dəfə qadının rəhbərlik etməsinin əsl zamanı gəlib”16-08-2016, 10:48
Çap et Bunu BMT baş katibi Pan Qi Mun bəyan edib. “BMT-yə ilk dəfə qadının rəhbərlik etməsinin əsl zamanı gəlib. Lakin bu məndən asılı deyil”, deyə Pan Qi Mun bildirib. Qeyd edək ki, Pan Gi Munun səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır. BMT Təhlükəsizlik Şurası yeni baş katibin namizədliyini Baş Assambleyaya tövsiyə etməlidir. Hazırda BMT baş katibi postuna 5-i qadın olmaqla 11 nəfər namizəddir. Bağlı qapılar arxasında keçiriləcək seçkilərin üçüncü turu avqustun 29-a təyin olunub. İlk iki raund iyulun 21-i və avqustun 5-də baş tutub. Məlumatlara görə, seçkilərdə Portuqaliyanın sabiq baş naziri, 2015-ci ilədək BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı olmuş Antoniu Qutyerreş liderlik edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
