Rusiya məhkəməsi İŞİD-in tərkibində döyüşmüş azərbaycanlıya hökm oxuyub14-09-2016, 10:21
Çap et Rusiya vətəndaşı olan Altun Məmmədov 3 il müddətinə azadlıq məhrum edilib. İstintaq müəyyən edib ki, Tümen sakini olan A. Məmmədov terrorçular tərəfindən ələ alınıb və 2013-cü ildə Türkiyəyə gedib. Türkiyədə Suriya ərazisinə keçərək İŞİD-ə qoşulan A. Məmmədov terrorçuların bazasında əsirlərin mühafizəsi və digər işlərlə məşğul olub, hökumət qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak edib. Daha sonra o, İŞİD-ə daxil olan digər qruplaşmaya - "Camaat əbu-Hənifə"-yə qoşulub. Lakin bir müddət sonra qruplaşma daxilində silahlılar arasında münaqişə başlayıb və A. Məmmədov Türkiyəyə, oradan isə Gürcüstana qaçıb. Gürcüstanda o, hüquq-mühafizə orqanlarından gizlənib. Beynəlxalq axtarışda olan A. Məmmədov 2015-ci lilin avqustunda Gürcüstan-Azərbaycan sərhədini keçmək istəyərkən Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutulub. Daha sonra o, Rusiyaya ekstradisiya olunub. A. Məmmədov qeyri-qanunu silahlı dəstə yaratmaqda və tərkibində döyüşməkdə təqsirləndirilərək məhkum edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
