İki anası, bir atası olan körpə dünyaya gəldi29-09-2016, 09:36
Çap et Kimlərsə onları “yaradıcı” rolunu öz üzərinə götürməkdə günahlandırır, kimlərsə prosesin bu gedişatına görə razıdır...Artıq dünyanın ilk 3 bioloji valideyninə sahib olan körpə dünyaya gəlib. Anadan uşağa keçən mitokondrial xəstəliklərin qarşısını almaq üçün həyata keçirilən araşdırmalar nəticəsində alimlər 3 valideynli uşaq dünyaya gətirməyi hədəfləmişdi. Nəticədə bunun ilk nümunəsi ABŞ-da baş tutub. “New Scientist” adlı jurnalda yayımlanan araşdırmada anası Leigh sindromu adlandırılan mitokondriyal bir xəstəliyə sahib olan körpəyə iki ana və bir ata namizədinin DNA-ları yönləndirilib. Mitokondriyal pozuqluqlar anadan körpəyə keçdiyi üçün bu cür xəstəliklərdən qorunmaq məqsədilə vacib bir gəlişmə baş verib. Adı açıqlanmayan bir ananın daha öncə bir uşağı 6 yaşında, bir uşağı isə 8 aylıq ikən bu sindrom ucbatından həyatını itirib. Dünyanın ilk 3 valideynli uşağının dünyaya gəlməsi də özəl bir texnika ilə olub. Həkim John Zhangın iştirak etdiyi doğuş Meksikada baş tutub. Alimlər 3 valideynli körpənin təhlükəsiz olub-olmadığını 13 ildir ki, müzakirə edirdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Kimlərsə onları “yaradıcı” rolunu öz üzərinə götürməkdə günahlandırır, kimlərsə prosesin bu gedişatına görə razıdır...