Demo Sayt » dunya » Tramp əleyhinə aksiyalar davam edir: 71 nəfər saxlanıldı


Tramp əleyhinə aksiyalar davam edir: 71 nəfər saxlanıldı

14-11-2016, 10:04
Çap et
Tramp əleyhinə aksiyalar davam edir: 71 nəfər saxlanıldı ABŞ-ın Portlend şəhərində (Oreqon ştatı) Donald Trampın prezident seçilməsinə qarşı keçirilən etiraz aksiyasında 71 nəfər saxlanılıb.
Bundan əvvəl 20 nəfərin saxlandığı bildirilirdi.
Məlumata əsasən, etirazların davam etməsi ilə əlaqədar şəhərdə komendant saatı elan edib. Bildirilir ki, məhdudiyyət yalnız yetkinlik yaşına çatmayanlar üçün şamil edilir.
ABŞ-ın bir çox şəhərində artıq Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları davam edir. Nyu-York, Mayami, San-Fransisko, Atlanta, Filadelfiya və Portlend şəhərlərində aksiyalar iğtişaş və toqquşmalarla nəticələnib, yüzlərlə etirazçı saxlanılıb.
Reytinq: