Demo Sayt » dunya » Tramp vitse-prezident postuna namizədinin adını iyulun 15-də açıqlayacaq


Tramp vitse-prezident postuna namizədinin adını iyulun 15-də açıqlayacaq

13-07-2016, 13:26
Çap et
Tramp vitse-prezident postuna namizədinin adını iyulun 15-də açıqlayacaq ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp vitse-prezident postuna namizədinin adını iyulun 15-də açıqlayacağını bildirib.
Tramp vitse-prezident postuna 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini bildirib. Bir həftə öncə isə o 9 namizədin olduğunu bildirmişdi
Hazırda Trampın potensial namizədləri arasında ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriç, İndiana qubernatoru Mayk Pens, Nyu-Cersi qubernatoru Kris Kristi və ABŞ ordusunun istefada olan general-leytenantı Maykl Flinin adı hallanır.

Reytinq: