Demo Sayt » dunya » Baş nazir söz verdi - "Təzyiq göstərəcəyik..."


Baş nazir söz verdi - "Təzyiq göstərəcəyik..."

1-12-2016, 11:49
Çap et
Baş nazir söz verdi - "Təzyiq göstərəcəyik..." Böyük Britaniyanın baş naziri Tereze Mey Suriyanın Hələb şəhərində atəşkəsin bərpa olunması və bölgəyə humanitar yardımların göndərilməsi üçün BMT Təhlükəsizlik Şurasına təzyiq göstərəcəklərini bəyan edib.
O bildirib ki, Hələbdə şiddətli toqquşmalar nəticəsində hər gün onlarla sakin faciəli şəkildə həlak olur. Xanım siyasətçinin sözlərinə görə, Hələbdəki insanlıq dramına son vermək üçün ölkəsi Fransa ilə birlikdə ciddi səy göstərir.
Bu arada, BMT Təhlükəsizlik Şurasında məsələ ilə bağlı toplantı təşkil olunub. Toplantıda Qərb və Rusiya Hələbdəki vəziyyətə görə bir-birlərini ittiham edib. Şurada tarixi şəhərdə atəşkəsin bərpa olunmasına dair səsvermə keçiriləcək.
Reytinq: