Demo Sayt » dunya » “Ən Nüsrə” döyüşçüləri Hələbi tərk etmək istədiklərini açıqlayıblar


“Ən Nüsrə” döyüşçüləri Hələbi tərk etmək istədiklərini açıqlayıblar

8-12-2016, 18:25
Çap et
“Ən Nüsrə” döyüşçüləri Hələbi tərk etmək istədiklərini açıqlayıblar “Ən Nüsrə” qruplaşmasının döyüşçüləri Suriya hakimiyyətindən onların Hələbdən təxliyə edilməsi ilə bağlı xahiş edib.
Suriya ordusu qruplaşma döyüşçülərin mövqelərinə güclü zərbələr endirib.
“Ən Nüsrə” üzvləri şimal dəhlizi vasitəsi ilə Hələbi tərk etməyə razılıq veriblər. Müvafiq müraciət yerli “Al-Manar” telekanalı vasitəsi ilə döyüşçülərin vasitəçiləri tərəfindən səsləndirilib.
Hökumət qüvvələri qarşı tərəfin Hələbdəki mövqelərinə hücuma hazırlaşır.
Qeyd edək ki, hökumətə qarşı vuruşan döyüşçülərin bir qrupu çərşənbə günü şəhərin mərkəzi hissəsindən açıq dəhliz vasitəsi ilə çıxıb. Hələbin tarixi hissəsi də hökumət qüvvələrinin nəzarətinə keçib. Şəhərin şərq hissəsinə artıq dinc sakinlər qayıtmağa başlayıb. Şəhərin cənub və cənub-şərq hissəsi Suriya ordusuna qarşı vuruşanların nəzarəti altında qalır.
Reytinq: