Rəsmi Vaşinqtondan Türkiyəyə MESAJ - öldürülmüş baş nazirin fotosu...6-01-2017, 17:13
Çap et 19 mart 1971-ci ildə baş tutan görüşdə çəkilən və #TürkAmerikanDostluğu həştəqi ilə paylaşılan foto ilə rəsmi Vaşinqtonun hansı mesajı vermək istədiyi müzakirələrə səbəb olub. Bildirilir ki, N.Erim Türkiyənin sui-qəsdə məruz qalaraq öldürülən yeganə hökumət başçısıdır və 1980-ci il iyulun 19-da DEV-SOL terror təşkilatı tərəfindən öldürülüb. Bu gün isə nə onun qətlinin, nə də Niksonla görüşünün ildönümüdür. İki ölkə arasında siyasi gərginliyin hər keçən gün artığı dönəmdə paylaşılan foto sosial şəbəkələrdə sürətlə yayılır. Bir çoxları bunu ABŞ-ın rəsmi Ankaraya təhdidi kimi qəymətləndirir. Onu da qeyd edək ki, N.Erim 1971-ci ildə baş vermiş hərbi çevrilişin ardından baş nazir olmuşdu. O, Dəniz Gəzmişin və dostlarının yaxalanıb edam edilməsi əməliyyatının rəhbəri kimi tanınır. N.Erimin sui-qəsdə qurban getməsinin səbəbi də məhz həmin hadisələrdəki rolu olub. DEV-SOL N.Erimi öldürməklə Dəniz Gəzmiş və dostlarının intiqamını aldıqlarını açıqlayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
