Obama Ağ Evdə sonuncu mətbuat konfransını keçirib19-01-2017, 12:01
Çap et Mətbuat konfransı zamanı Prezident Barak Obama bir çox məsələlərə, o cümlədən ABŞ-Rusiya münasibətlərinin inkişaf etdirilməsi, “WikiLeaks”ə dövlət əhəmiyyətli məxfi məlumatları verən informator Çelsi Meninqin cəzası ilə bağlı qərarı, Kuba ilə əlaqələrin bərpası, Fələstin ərazilərində yəhudi məskənlərinin inşasının dayandırılmasını tələb edən 2334 saylı qətnamənin BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmasına ABŞ-ın dəstəyi, ABŞ-İsrail münasibətləri, Obama administrasiyasının eynicinslilərin nikahını leqallaşdırılması məsələlərinə toxunub. ABŞ-ın gələcək prezidentlərindən danışan B.Obama əmin olduğunu bildirib ki, o, Amerika Birləşmiş Ştatlarının yeganə qaradərili rəhbəri olmayacaq. Gələcəkdə qadınlar, müxtəlif mənşəyə, dinə və irqə məxsus insanlar ABŞ prezidenti olacaq. O, həmçinin qeyd edib ki, Amerika seçki sisteminin ən böyük problemlərindən biri seçkilərin saxtalaşdırılması deyil, seçicilərin səsverməyə getmək əzminin olmamasıdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
