Trampdan narazı qalan məhbuslar nəzarətçiləri girov götürdü2-02-2017, 12:11
Çap et İnsident Delaver ştatının Smirna şəhərində qeydə alınıb. Məhbuslardan biri yerli qəzetlə əlaqə saxlayaraq bildirib ki, girovlar Trampın yeritdiyi siyasətə etiraz olaraq götürülüb: “Səbəb Tramp və onun atdığı addımlardır. Əminik ki, onun hakimiyyətə gəlişi ilə həbsxanalarda vəziyyət pisliyə doğru dəyişəcək”. Məlumata əsasən, həbsxananın ətrafına çox sayda polis qüvvələri cəlb edilib. Yüngül yaralanan girovlardan birinin sərbəst buraxıldığı bildirilir. Digər girovların vəziyyəti barədə məlumat verilmir. Hazırda polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
