Demo Sayt » dunya » Avropa Komissiyası ilə “Volkswagen” arasında mübahisə qızışır


Avropa Komissiyası ilə “Volkswagen” arasında mübahisə qızışır

8-02-2017, 09:52
Çap et
Avropa Komissiyası ilə “Volkswagen” arasında mübahisə qızışır Çex Respublikasında “Volkswagen” konserninin mühərriki modifikasiya edilmiş 164 min avtomobili satılıb. Bu avtomobillərdən 106 mini “Škoda” markalıdır. Bu barədə məlumat Avropa Komissiyasının “Blesk.cz” nəşrində dərc edilmiş materiallarında yer alıb.
ABŞ-dakı müştərilərdən fərqli olaraq, çexlərin vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yoxdur. Avtozavod yalnız pulsuz servislə təmin etməyi öhdəsinə götürür. Avropa komissarı Vera Yourova faktla bağlı “VW” konsernindən ziyanı ödəməyi tələb edib. Amma konsernin baş direktoru Mattias Müller fevralın 6-da baş tutmuş danışıqlardan sonra da Çexiya vətəndaşlarına vəsait ödəməkdən imtina edib.
Reytinq: