Demo Sayt » dunya » Abdullah Gül: "Ölkədə vicdanı yaralayan hallar görürəm"


Abdullah Gül: "Ölkədə vicdanı yaralayan hallar görürəm"

10-02-2017, 17:56
Çap et
Abdullah Gül: "Ölkədə vicdanı yaralayan hallar görürəm" Türkiyənin 11-ci prezidenti Abdulla Gül fövqəladə vəziyyət rejiminin verdiyi səlahiyyət çərçivəsində imzalanan qanun hökmündə qərarnamələr vasitəsilə universitetlərdən kütləvi xaricedilmələrə münasibət bildirib.
“Hürriyet”in verdiyi xəbərə görə, A. Gül bu qərarlardan narahat olduğunu deyib: “Xüsusən elm dünyasında, universitetlərdə bu işin sıxlaşması çox narahatlıq doğuran, vicdanı yaralayan vəziyyətdir. Ümid edirəm ki, bunlar sürətlə düzəldiləcək”.
A. Gül yaranmış vəziyyəti kədərlə izlədiyini söyləyib: “Həm vicdan, həm də ədalətə uyğun olmayan bir çox hal görürəm”.
Qeyd edək ki, son qanun hökmündə qərarnamə ilə Türkiyə universitetlərindən 330 professor və müəllim qovulub.
Reytinq: