Demo Sayt » gundem » 7 min km yol sürdülər, Bakıda velosipedləri oğurlandı


7 min km yol sürdülər, Bakıda velosipedləri oğurlandı

20-06-2017, 11:20
Çap et
7 min km yol sürdülər, Bakıda velosipedləri oğurlandı Bakıda əcnəbi idmançının velosipedi oğurlanıb. Bu barədə həvəskar velosipedçi Rauf Zeyniyev sosial şəbəkə vasitəsi ilə məlumat verib. O bildirib ki, Valentin adlı velosipedçi 2 yoldaşı ilə bir ildir, Fransadan başlayıb Almaniya, Balkanlar, Yunanistan, Türkiyə, İraq, İran və Gürcüstandan keçib Bakıya gəlib.
Bir həftə əvvəl Bakıya çatan velosipedçilər buradan Qazaxstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyiblər. Lakin Bakıda olarkən naməlum şəxslər onların velosipedlərini oğurlayıb: “Valentin velosipedini iki zəncirlə mənim evimin balkonuna bağlamışdı, kəsib oğurlayıblar” deyə, R.Zeyniyev əlavə edib.
Faktla bağlı araşdırma aparılır.

7 min km yol sürdülər, Bakıda velosipedləri oğurlandı7 min km yol sürdülər, Bakıda velosipedləri oğurlandı7 min km yol sürdülər, Bakıda velosipedləri oğurlandı
Reytinq: