Bakıda zavod partladı - ÖLÜ VƏ YARALI VAR - YENİLƏNİB20-11-2017, 15:23
Çap et Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və araşdırmalar davam etdirilir. *** 13:14 Bu gün Qaradağ rayonunda baş vermiş partlayış nəticəsində vəfat edən şəxsin meyiti morqa aparılıb. Lent.az xəbər verir ki, Lökbatan qəsəbəsində, qəbiristanlığın yaxınlığında yerləşən və türkiyəli iş adamına məxsus olan aluminium məmulatların qəbulu, çeşidlənməsi və istehsalı müəssisəsindəki partlayışdan sonra əraziyə 2 təcili tibbi yardım briqadası gəlib. Ölən şəxsin meyiti götürülüb. Hazırda onun kimliyi araşdırılır. İlkin məlumata görə, partlayışa qaz balonu səbəb olub. Qaradağ rayon Prokurorluğunun və polis idarəsinin rəhbər şəxsləri hadisə yerinə gəlib. *** 12:49 Bakıda zavodda partlayış olub. APA-nın hadisə yerində olan əməkdaşınıb verdiyi məlumata görə, hadisə bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb. Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb. Hazırda hadisə yerində araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
