Azərbaycanlı deputatın hesabatı AŞPA-da müzakirə olunub8-12-2017, 17:39
Çap et Parisdə Avropa Şurası Parlament Assambleyasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib.İclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva da iştirak edib. Komitə iclasında azərbaycanlı deputatın “Silahlı münaqişələrin qurbanı olan uşaqların müdafiəsi” adlı məruzəsi müzakirə olunub. S.Fətəliyevanın hazırladığı məruzədə dünyada uşaqların valideyn himayəsindən məhrum olmalarının, zorakılığa məruz qalmalarının, əlil olmalarının yeni fəsadlar yaradacağı və gələcək üçün çox təhlükəli olduğu qeyd edilib. Məruzədə bütün ölkələr mövcud vəziyyətlə bağlı tədbirlər görməyə çağırılır. Hesabatda həmçinin problemin həlli yolları göstərilib. Bildirilib ki, beynəlxalq ictimaiyyət və onun təşkilatları münaqişələrin və uşaqların onlara cəlb edilməsinin qarşısının alınmasına səy göstərməli, davam edən münaqişələrə son qoyulması üçün fəal müdaxilə etməlidir. Hesabatda həmçinin qeyd edilib ki, uşaqların da cəlb olunduğu zorakılıq hallarının nəsildən-nəslə keçməsinin qarşısını almaq üçün silahlı münaqişələrin təsirinə məruz qalmış uşaqlara və gənclərə qeyri-zorakı davranışlar aşılanmalıdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Parisdə Avropa Şurası Parlament Assambleyasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib.