Demo Sayt » gundem » Ərdoğan: Kaşıqçının qətli tam aydınlaşmalıdır, yoxsa Səudiyyə Ərəbistanı hadisədən qurtula bilməz


Ərdoğan: Kaşıqçının qətli tam aydınlaşmalıdır, yoxsa Səudiyyə Ərəbistanı hadisədən qurtula bilməz

26-10-2018, 15:37
Çap et
Ərdoğan: Kaşıqçının qətli tam aydınlaşmalıdır, yoxsa Səudiyyə Ərəbistanı hadisədən qurtula bilməz Camal Kaşıkçını öldürmək üçün 18 nəfərin Səudiyyə Ərəbistanından Türkiyəyə kimin təlimatı ilə göndərildiyi açıqlanmalıdır.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) genişləndirimiş toplantısında deyib.
Ərdoğan deyib ki, həmin 18 nəfər Camal Kaşıqçının kimlər tərəfindən öldürüldüyünü bilir. Çünki hadisəni törədən onların arasındadır.
Türkiyə prezidenti xatırladıb ki, hadisə ilə bağlı Səudiyyə Ərəbistanı rəsmi açıqlamalar verib: "Amma onların açıqlamaları bizi tam fərqli əndişəyə sövq etdi. Bu isə "Camal Kaşıqçının konsulluqdan çıxdı" ifadəsi idi. Amma bu açıqlamalar çox gülməlidir. Necə olur ki, Camal Kaşıqçı kimi bir adam konsulluqdan çıxır və onu çöldə gözləyən nişanlısının yanına getmir... Bunun izahı mümkünmü? Belə açıqlamalar uşaq təxəyyülüdür. Belə açıqlamalar həm də dövlətin adına, rəsmi şəxsin adına uyğun deyil. Ona görə də açıqlamalar bizim məsuliyyətimizi daha da artırdı".
Ərdoğan deyib ki, Türkiyənin hüquq mühafizə orqanları, eləcə də kəşfiyyatı bu hadisəni böyük ölçüdə aydınlaşdırıb və əldə xeyli faktlar var: "Biz deyirik ki, Camal Kaşıqçının öldürüldüyünü söyləyirsiniz. Soruşuruq ki, bəs onun cəsədi hardadır və bunu açıqlamalısınız".
Prezident bildirib ki, Səudiyyə Ərəbistanı Camal Kaşıqçının kimlər tərəfindən öldürüldüyünü və meyitin harda olduğunu açıqlamalıdır. Yoxsa Səudiyyə Ərəbistanı bu hadisədən qurtula bilməz: "Hazırda bu işlə maraqlananlara orijinalı saxlanılmaqla əlimzidə olan faktları veririk. Bunu Səudiyyə Ərəbistanına da verdik. Onlar bu faktı görən zaman çaşırlar. Məsələ sıradan bir məsələ deyil. Əslində hər şey ortadadır. Türkiyəyə gələn 18 nəfər kimin təlimatı ilə gəlib... Bunu Səudiyyə Ərəbistanının rəmiləri açıqlamladır. Əlmizdə yeni faktlar var. Səudiyyəli yetkililər hər şeyi açıqlasınlar".
Reytinq: