Bakıda aksizsiz alkoqol və tütün məmulatları aşkarlanıb21-02-2020, 16:26
Çap et Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 241 E ünvanında, fiziki şəxs Nizaməddinov Nizami Möhübbət oğluna məxsus mağazada aksiz markaları ilə markalanmamış 48 ədəd alkoqollu içki və 10 813 qutu tütün məmulatları aşkar olunaraq götürülüb.Vergilər Nazirliyindən verilən məlumata görə, faktla bağlı cinayət işi qaldırılıb, N. Nizaməddinov barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Nazirlik bildirir ki, vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəkdir. Vətəndaşlardan bu cür saxta malların satışı faktlarına rast gəldikdə, dərhal əlaqədar dövlət orqanlarına müraciət etmələri xahiş olunur. Aksiz markası ilə markalanmalı olan malların istehlakçıları bilməlidirlər ki, iqtisadi mahiyyətinə görə, belə məhsullara aksizlərin tətbiqinin əsas məqsədlərindən biri də sağlamlığa zərərli məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının qarşısını almaq, istehsal mənşəyini müəyyən etməkdir. Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulları almaqla istehlakçı keyfiyyəti, istehsal və saxlanma şəraiti bəlli olmayan və sağlamlıq üçün zərərli məhsullarla üzləşmə təhlükəsi ilə qarşılaşır, eyni zamanda aksizsiz məhsulların qaçaqmalçılığının və istehlak bazarında saxta məhsulların satışının genişlənməsinə və dövlət büdcəsinin gəlirlərdən məhrum olmasına şərait yaradır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 241 E ünvanında, fiziki şəxs Nizaməddinov Nizami Möhübbət oğluna məxsus mağazada aksiz markaları ilə markalanmamış 48 ədəd alkoqollu içki və 10 813 qutu tütün məmulatları aşkar olunaraq götürülüb.