Prezident İlham Əliyev: Əgər Ermənistan atəşkəsi pozmağa davam etsə, biz adekvat cavab verməyə məcbur olacağıq27-10-2020, 06:41
Çap et Prezident İlham Əliyev bu barədə İtaliyanın Rai-1 telekanalına müsahibəsində yeni atəşkəslə bağlı suala cavabında bildirib. Dövlətimizin başçısı sözünə davam edərək deyib: "İkinci atəşkəsə gəldikdə isə bizdə atəşkəsin Ermənistan tərəfindən pozulmasının xronologiyası var. Onlar atəşkəs başlayandan düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
