Cəbhədə Vəziyyət Yenidən Gərgindir26-04-2016, 09:19
Çap et Ara sıra kiçik çaplı silahlardan atışma səslərini nəzərə almasaq Tərtər və Ağdam istiqamətlərində Azərbaycan ordusunun sərrast müayinə və əks atəş nəticələrində erməni tərəfin bir neçə atəş nöqtələri məhv edilib və bunun sayəsində atəşkəs bərpa olunmaqdadır. Tərtər şəhərində gecə erməni silahlı qüvvələrinin qəfl artileriya hücumunun nəticələri hesablanır. Tərtər şəhərində yalnız bir ərazi erməni tərəfinin artilleriya zərbələrindən zərər çəkib. Belə ki, Tərtər sakini Tofik Qasımovun həyatyani sahəsinə erməni tərəfinin mərmiləri düşüb. Tərtər rayon Fövqaladə Hallar şöbəsinin verdiyi məlumata görə, ehtimal var ki mərmilərdən biri hələdə açılmayıb və onun ola bilsin hələ partlama ehtimalı var. Bu versiya bu dəqiqələrdə yoxlanılır. Lakin digər partlamış mərmilər Tofik Qasımovun evinə ciddi zərər vurub. Məlumata görə, ölən və yaralanan olmayıb.Bu vaxta kimi nə Bərdə nədə Tərtər xəstəxanalarına yaralı sakinlər müraciət etməyib, eyni zaman rəhmətə getmiş sakinlər haqqındada məlumat yoxdu. Qapanlı, Qaradağlı, Təzəkənd Qəsəbəsinin sakinləri evlərini tərk etməyiblər və əvvəlcədən hazırlanmış yeraltı bunkerlərdə Erməni artilleriyasından qorunublar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
