"Korrupsiya və rüşvətxorluq əsas bəlalarımızdır" - Azərbaycan prezidenti18-10-2016, 09:52
Çap et Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib və nitq söyləyib. Ölkə başçısı çıxışında Azərbaycanın müstəqillik yolundan bəhs edib və bəzi tarixi hadisələri vurğulayıb: “Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır. Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik, hətta ixrac edirik. “ASAN xidmət” bizim məhsulumuzdur. Artıq bu xidmətə 12 milyon müraciət olub, 4 milyona yaxın insan bu imkanlardan istifadə edir və indi başqa ölkələrdə bu təcrübə öyrənilir. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarımızı təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı xüsusi əhəmiyyət daşıyır”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
